Natiqlik sənətinin növlərindən biri, konfrans, simpozium, treninq və sairədə edilən məruzə və çıxışlara xas olan nitq tərzi.
Akademik natiqlikdə elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDilin daşıyıcıları tərəfindən aydın başa düşülən ümumişlək sözlər bazası; fəal lüğət, işlək lüğət.
Dilin aktiv lüğətinə ümumişlək olmayan sözlər – dialektizmlər, terminlər, arxaizmlər və s. daxil olmur. Lakin məşğuliyyətindən, yaşadığı regiondan, ümumi mədəni səviyyə və intellektindən asılı olaraq ayrı-ayrı fərdlərin aktiv lüğət bazası müxtəlif olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDil vahidinin müəyyən vəzifə kəsb etməsinə səbəb olan ifadə vasitəsi.
Dildə açıq və gizli aktualizatorlar mövcuddur. Məs.: yiyəlik və ya təsirlik hal şəkilçisi sözə qoşularaq müəyyən qrammatik məna yaratdıqda açıq aktualizator rolunu oynayır: məktəbin direktoru. Sözün qeyri-müəyyən təsirlik halda işlənməsi isə gizli aktualizator hesabına baş verir: məktəb direktoru.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDildə potensial şəkildə mövcud olan işarələrin konkret (real) nitq işarələrinə çevrilməsi.
Nitqdə işarələrin aktuallaşdırılması aktualizator (dil vahidinin konkret mətndəki mənasını ifadə edən vasitə) vasitəsilə həyata keçirilir.
Bax həmçinin: aktualizator.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞimali və şimal-qərbi Həbəşistanda yayılmış Kuşit dillərinin mərkəzi qrupunu təşkil edən dillər: aviyya, kemant, damot, kvara, kayla, xamir, xamta, bilin.
Semitlərin Cənubi Ərəbistandan miqrasiyasına qədər indiki Şimali Həbəşistanda aqau dillərində danışırdılar. Əsasən, yazısı olmayan dillərdir. 400 mindən çox dil daşıyıcısı vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti