Dil vahidinin müəyyən vəzifə kəsb etməsinə səbəb olan ifadə vasitəsi.
Dildə açıq və gizli aktualizatorlar mövcuddur. Məs.: yiyəlik və ya təsirlik hal şəkilçisi sözə qoşularaq müəyyən qrammatik məna yaratdıqda açıq aktualizator rolunu oynayır: məktəbin direktoru. Sözün qeyri-müəyyən təsirlik halda işlənməsi isə gizli aktualizator hesabına baş verir: məktəb direktoru.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti