başqa nitq hissələrinin zərfləşməsi.
Adverbiallaşma, əsasən, isim, sifət, saya aiddir. Məsələn, axşam (isim), açıq (sifət), xeyli (say) sözləri cümlə və ya söz birləşməsi daxilində hərəkətə aid olaraq adverbiallaşır: Axşam gələcəyəm. Açıq danışmaq. Xeyli gəzdik.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün kökünə və ya başlanğıc formasına qoşularaq onun mənasını dəyişən morfem, şəkilçi.
Ümumi dilçilikdə həm də formal morfem adlandırılan affikslərin üç növü vardır: infiks (iç şəkilçi), prefiks (sözönü şəkilçi), suffiks (sözsonu şəkilçi). Affiks termini orta əsrlərdə yaranmış, XVI-XVII əsrlərdən etibarən geniş işlədilməyə başlanmışdır.
Həmçinin bax: şəkilçi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətikiçikhəcmli folklor nümunələrində hal-hərəkətin qrammatik baxımdan indiki zamana, semantik baxımdan bütün zamanlara aid olduğu (zamandanxaric) feil forması; məs.: Qayış nə bilir, öküz nə çəkir (atalar sözü); Bir balaca fit daşı; Yandırır dağı-daşı (tapmaca).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAfrikanın şimal hissəsində, Kanar adalarında, Qırmızı dənizin sahillərində, həmçinin Qərbi Asiyada və Malta adasında yayılmış dillər.
Üst-üstə 260 milyondan artıq adam bu dillərdə danışır. Afraz dilləri beş qola ayrılır: semit dilləri, qədim misir dilləri, bərbər-liviya dilləri, çad dilləri və omot dilləri.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiGerman dillərindən biri, CAR-ın rəsmi dövlət dillərindən biri.
Afrikaans dili XVII əsrdə niderland dilinin dialektlərinin, eləcə də alman və ingilis dillərinin inteqrasiyası nəticəsində yaranmışdır. Fonetik sistemi niderland dilinin fonetik sisteminə yaxındır. Saitlərin müəyyən fonetik mövqedə burunlaşması və söz əvvəlində cingiltili novlu samitlərin karlaşması səciyyəvi xüsusiyyətlərindəndir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti