ər. – tənə etmək, toxunmaq
Kontekstə görə əks mənada başa düşülən tərif; istehza, ironiya.
K.-nin ilkin mənası ilə kontekstdə təzahür edən alt mənası arasında ziddiyyət yaranır. Bu baxımdan K.-ni bədii ifadə vasitəsi (məcaz) adlandırmaq olar. Müəllif tənqid obyektini birbaşa ifşa etmək əvəzinə qəsdən tərifləməklə ona qarşı daha böyük antipatiya yaratmağa çalışır.
Jurnalistika terminləri lüğətiEkran əsərləri, film çəkilişləri, aktyor və rejissorların yaradıcılıq fəaliyyəti, yaxud həyatına dair yeniliklər.
K.X., adətən, televiziyada geniş auditoriya marağına səbəb olan verilişlərdə, qəzet və jurnallarda isə rubrikalarda cəmləşdirilir. Məhz bu sahədə ixtisaslaşan jurnalistlər, nəşrlər də mövcuddur. İnternetdə isə çoxsaylı K.X. saytları fəaliyyət göstərir.
Jurnalistika terminləri lüğətiMəqsədli auditoriyasını əhalinin kişilərdən ibarət hissəsi təşkil edən ixtisaslaşmış qəzetlər, jurnallar və digər çap kütləvi informasiya vasitələri.
Belə nəşrlərdə, ilk növbədə, kişilərin marağına səbəb ola biləcək materiallar, reklamlar yerləşdirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti«Kütləvi informasiya vasitələri» terminini təşkil edən sözlərin baş hərflərindən yaranmış abreviatura
Məlumatı yazılı (qəzet, jurnal), şifahi (TV, radio), yaxud hər iki formada geniş auditoriyaya yayan kütləvi vasitələrin məcmusu.
KİV ayrıca termin kimi dilə daxil olmuş və istər yazılı, istərsə şifahi nitqdə geniş istifadə edilən abreviaturadır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. claster – qrup, taqım, salxım
Yüksəksürətli rabitə xətləri ilə birləşdirilmiş, sistem təşkil edən kompüterlər qrupu.
Qrupa daxil olan avadanlıqlar arasında «vəzifə bölgüsü» aparıla, yaxud onlara paralel funksiyalar həvalə oluna bilər. İstənilən halda K.-dən hər hansı əməliyyatın icrasında vahid resurs kimi istifadə olunur.
Jurnalistika terminləri lüğətiing. cliffhanger – kulminasiya, asılı vəziyyət
Televiziya seriallarında bir hissənin yarımçıq qalmış, növbəti hissənin əvvəlinə baxmadan nə ilə bitəcəyi bilinməyən sonluğu.
K. tamaşaçı kütləsini intizarda saxlamaqla onu serialı sonadək izləməyə sövq etmək üsuludur. Bu üsuldan çoxhissəli radiotamaşalarda, kəskin süjetli bədii və publisistik əsərlərdə də geniş istifadə olunur.
Jurnalistika terminləri lüğətifr. cliche – iz salmaq
1. Sonradan müxtəlif maddi daşıyıcılara (kağız, parça, dəri və s.) köçürmək üçün metal və ya taxta parçası üzərində qabarıq təsvir; qəlib.
2. Konkret şəraitdə dildə tez-tez işlədilən söz və ya söz birləşməsi, şablon ifadə, nitq davranışının köhnəlmiş modeli.
3. Yaradıcılıqda hər hansı məzmuna uyğun gələn bayağı, ənənəvi forma.
Jurnalistika terminləri lüğətiyun. klon – budaq, törəmə
1. Özündən əvvəl yaradılmış kütləvi informasiya vasitəsini (saytı, qəzeti, jurnalı) forma və üslubca təkrarlayan, onun oxşarı olan media orqanı.
K.-lar istifadəçiləri və oxucuları çaşdırmaq üçün ideoloji məqsədlərlə, yaxud rəqibin bazarına girmək, onu parçalamaq üçün kommersiya məqsədilə yaradıla bilər; məsələn, 2013-cü ildə Ukraynada «Maydan hadisələri» zamanı «Ukrainskaya pravda», «Korrespondent», censor.net.ua və bu kimi populyar internet-nəşrlərin xaricdə qeydiyyatdan keçmiş K.-ları yalan məlumatlar, çağırışlar dərc edir, ictimai rəyi çaşdırmağa çalışırdı. Bu proses «K.-ların müharibəsi» adını almışdı. Bəzən ənənəvi nəşrlərin – qəzet və jurnalların paralel saytlarını da K. adlandırırlar, lakin bu, yanlışdır, çünki həmin saytlar faktik olaraq eyni nəşrin fərqli formada təqdimatıdır.
2. İnformatikada: orijinalı olduğu kimi təkrarlayan proqram təminatı, onlayn-xidmət.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti