yun. chronos – vaxt, zaman
1. Tarixi hadisələri zaman ardıcıllığı ilə əks etdirən əsər; salnamə.
2. Mühüm həyat hadisələrinə dair yığcam məlumat, jurnalistikada ən kiçik informasiya janrlarından biri.
Adətən, X. qəzet-jurnal səhifəsində bir və ya bir neçə cümlədən, başlıqsız xəbərlərdən ibarət blok şəklində verilir.
3. Müasir dövrdə ölkədə və dünyada baş verən hadisələrə həsr olunmuş qısa süjetlərdən ibarət sənədli film.
Belə sənədli filmə kinoxronika deyilir.
Jurnalistika terminləri lüğəti