Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

felyeton

fr. feuilleton < feuille – vərəq, sə­hifə

Aktual mövzuda satirik tərzdə yazılmış kiçikhəcmli qəzet-jurnal janrı;  nöqsanları konkret faktlar əsasında satirik dillə tənqid edən bədii-publisistik əsər.

Maraqlıdır ki, əsas məqsədi bir şeyi tənqid etmək olan F. termini müx­təlif lü­ğətlərdə fərqli izah edilir; mə­sələn, bu söz Merriam-Webster (ABŞ) lüğə­tində «Av­ropa qəzetləri və jur­nal­larının oxucunu əylən­dirmək üçün yazıl­mış materiallar ­yer­ləşdirilən hissəsi», Oksford (İngiltərə) lü­ğə­tində «qəzetin, ya­xud jur­nalın bel­le­tristikaya, tənqidə, yün­gül ədə­biyyata həsr olunmuş hissəsi», fransız lü­ğətlərində «serial, sabun operası», rus lüğətlərində isə Azərbaycanda ol­duğu kimi izah edilir. Sə­bəbini bilmək üçün terminin tarixini araş­dırmaq lazımdır. O, 1800-cü ildə Fran­sada yaranıb. Journal des Debats nəşri qəzet səhifələrini uza­daraq artırılmış hissədə kitablar, teatr ta­maşaları barədə tənqidi qeydlər, rebuslar, epiqramlar, məzəli əh­va­latlar və s. əylən­cəli materiallar yer­ləş­dirməyə başlayıb. Fransızlar səhifənin hə­min hissəsini F. ad­landırıblar, sonradan bu termin transformasiyaya uğ­rayaraq həmişə eyni yerdə dərc olunan əyləncəli seriallara, «sabun operaları» ya­randıqda isə onlara şamil edi­lib. Rusiyada XIX əsrin ortalarından baş­layaraq F.-ların məhz sosial mahiyyəti, tənqidi «yükü» artıb. Azərbaycanda ilk F.-lar XX əsrin əv­vəl­lərində yaradılıb və termin Rusiyadan gəl­diyi üçün eyni anlamda işlə­dilib.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

feyk

ing. fake – saxta

Gerçək olmayan, lakin həqiqətə oxşayan saxta məlumat, ­imitasiya.

Fotoşopda və ya digər üsu­l­larla sax­­talaşdırılmış fotoşəkillər (foto­feyk), videoredaktorlarda montaj olunmuş ­ya­lan­çı videoçarxlar (videofeyk), uydurma xəbər­lər, başqalarının adından sosial şəbəkələrdə yaradılmış səhifələr, tvitterdə saxta akkauntlar – bunlar hamısı  ictimai rəyi çaş­dırmaq, auditoriyanı yalana inan­dır­maq məqsədilə istifadə olunan F.-dir. Adi yalandan fərqli olaraq F.-i həqiqətdən ayırmaq çox vaxt çətin olur, çünki o, ger­çəkliyi imitasiya edir; məsələn, birinin müharibədə dinc əhaliyə qarşı qəddarlığı ba­rədə yalan məlumata sübut kimi tamam başqa yerdə, başqa vaxt çə­kilmiş real foto­şəkillər yerləşdirilir. Bu­na görə də audi­to­riyaya F.-ləri gerçək xə­bər­lərdən ayır­­mağa kömək etmək üçün internetdə xü­susi saytlar yaradılır, mo­nitorinqlər həyata ke­çirilir, hesabatlar dərc olunur. Oksford lü­ğət­lə­rin­də terminin özünün XVIII əsrdə İngi­l­tə­rədə yaradıldığı göstərilir. Digər en­sik­­lopedik mənbələrdə onun ilk vaxtlar cinayətkar aləmdə slenq olaraq işlədildiyi, sonradan istifadə dairə­sini genişləndirdiyi və nə­ha­yət, beynəlxalq terminə çevrildiyi bildirilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

feysbuk

ing. facebook < face – üz + book – kitab

Dünyada ən geniş sosial şəbəkə xid­mətlərindən biri, nəhəng veb-sayt.

F. 2004-cü ildə yaradılıb və istifadəçilərinə internet üzərindən bir-biri ilə əlaqə qurmaq, şəbəkədə öz profillərini açmaq, ya­­zışmaq, şəkil, video və informasiya yük­ləmək, fikir mübadiləsi aparmaq, qruplar təşkil etmək və bu kimi böyük imkanlar verir.

Jurnalistika terminləri lüğəti

fərdi məlumat

Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən informasiya.

F.M.-lar qa­nun­ların müəyyən etdiyi qaydada topla­nılır, informasiya sistemlərində saxlanılır, mühafizə olunur, verilir, yaxud yayılır. ­Şəx­­­­­sin irqi, milli mənsubiyyətinə, ailə ­hə­­ya­tına, dini etiqadına, əqidəsinə, səh­hətinə və məhkumluğuna aid olan mə­lumatlar «xüsusi kateqoriyalı F.M.-lar» hesab olunur. Xüsusi kateqoriyalı F.M.-ların toplanmasına və yayılmasına müəyyən hallar istisna olmaqla (məsələn, həyat və sağlamlığın qo­runması zərurəti) yol ve­rilmir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti