alm. absatz – məsafə qoymaq
1. Məzmunca tam, bitmiş fikir ifadə edən mətn parçası.
A. mətnin bir, yaxud bir neçə cümlədən ibarət hissəsidir və kompozisiya, materialın asan oxunması, ritmik səslənməsi, bəzən də ayrı-ayrı fikirlərin vurğulanması baxımından mühüm əhəmiyyətə malikdir. Jurnalistikanın bir çox janrlarında, məsələn, köşə yazılarında materialın qavranılmasını asanlaşdırmaq üçün onu qısa abzaslara bölmək tövsiyə edilir.
2. Yazıda yeni fikrin başlandığı sətrin əvvəli; məs.: yeni abzasdan yazmaq.
Jurnalistika terminləri lüğəti1. Auditoriyanın istənilən üzvünə redaksiyanın işi ilə tanış olmaq imkanı yaratmaq üçün keçirilən aksiya.
A.Q.G. media orqanının auditoriya ilə ünsiyyətinin xüsusi formasıdır, onun məqsədi KİV-in şəffaflığını nümayiş etdirmək, interaktivlik yaratmaq və tamaşaçı, dinləyici, oxucu kütləsi arasında öz etibarını artırmaqdır.
2. Dövlət orqanları, böyük şirkətlər tərəfindən jurnalistlər üçün keçirilən informasiya sessiyaları, PR tədbiri.
Bu sessiyalarda jurnalistlərə dövlət orqanının, şirkətin işi ilə yaxından tanış olmağa, rəhbər vəzifəli şəxslərə birbaşa sual verməyə imkan yaradılır. A.Q.G.-nin keçirilməsi Azərbaycanın bəzi dövlət proqramlarında hakimiyyət orqanları qarşısında vəzifə kimi qoyulur.
Jurnalistika terminləri lüğətiƏldə olunması qanunvericiliklə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya.
A.İ.-ların məhdudlaşdırılması qadağandır. Onlara aiddir: dövlətin fiziki və hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər; dövlət orqanları və vəzifəli şəxslərin qanunçuluğu pozması faktları; ali vəzifəli şəxslərin səhhəti; vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının pozulması faktları; fövqəladə hadisələr, qəzalar, təbii fəlakətlər; ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti; ətraf mühitdə baş verən dəyişikliklər, onun mühafizəsinə yönəldilmiş tədbirlər; büdcə vəsaitlərindən istifadə, ölkənin iqtisadi durumu, əhalinin tələbatı, dövlətin qızıl və valyuta ehtiyatlarının həcmi; dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri barədə digər informasiyalar, habelə normativ-hüquqi aktlar, Milli Məclisin açıq iclaslarının stenoqramları; məhkəmə aktları; dövlət sirri təşkil edən məlumatların siyahısı və s. A.İ. dərc edilməli, mətbuat konfransları, brifinqlər vasitəsilə yayılmalı, yaxud informasiya sorğuları əsasında təqdim olunmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedia nümayəndələrinin iştirakı ilə keçirilən və prosesin gedişinin KİV-də işıqlandırılmasına icazə verilən məhkəmə iclası.
Azərbaycan qanunvericiliyinə görə, xüsusi hallarda qapalı keçirilən iclaslar istisna olmaqla məhkəmələrdə işlərin icraatı açıq aparılır. Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKİV-dən cəmiyyətdəki siyasi baxışların birtərəfli qaydada, digərlərinə nisbətən üstün şəkildə işıqlandırılmasına və ya təbliğatına yol verməməyi tələb edən prinsip.
A.S.M.U. Azərbaycan qanunvericiliyində ictimai yayım xidmətinin doqquz əsas prinsipindən biri kimi təsbit olunub.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. adapto – uyğunlaşdırıram
1. İki müxtəlif sistemli cihazı, başqa üsulla uzlaşdırılması mümkün olmayan detalları birləşdirən qurğu.
A.-lərdən çəkiliş avadanlığında, səs qurğularında, fotoaparatlarda, kompüterlərdə geniş istifadə olunur.
2. Verilənlərin bir sistemdən digər sistemə keçirilməsini təmin edən proqram komponenti.
A. müxtəliftipli proqramlar arasında uyğunluq əlaqəsi yaradır.
Jurnalistika terminləri lüğətilat. adaequatus – bərabər tutulmuş
Uyğun, dəqiq seçim.
A.S. KİV auditoriyalarının öyrənilməsində, reklam və marketinq araşdırmasında tədqiqat obyektləri və iştirakçılarının elmi cəhətdən əsaslandırılmış elə məntiqi seçim qaydasıdır ki, onların sayının dəfələrlə artırılması bu araşdırmanın nəticəsinə ciddi təsir göstərmir.
Jurnalistika terminləri lüğətilat. ad libitum – birinin istəyinə uyğun
Ekspromt, improvizasiya.
Televiziya və radio verilişində aparıcının ssenaridə nəzərdə tutulmayan ekspromt davranışına, mətnə hazırlıqsız əlavələrinə, yaxud verilişin musiqi müşayiəti zamanı improvizasiyaya A. deyilir.
Jurnalistika terminləri lüğətiADSL [a-de-se-el] abreviatura
ing. Asymmetric Digital Subscriber Line – «asimmetrik rəqəmsal abunəçi xətti» sözlərinin baş hərflərindən
Adi analoq telefon xətti ilə rəqəmsal informasiyanın sürətlə ötürülməsini təmin edən texnologiya.
ADSL texnologiyasının tarixi XX əsrin 80-ci illərindən başlayır. O, interaktiv televiziyanın – yəni abonentlə yayım təşkilatı arasında ikitərəfli əlaqənin yaradılmasına yönəldilmiş axtarışların nəticəsi kimi meydana gəlib.
Jurnalistika terminləri lüğətilat. administrator – idarəedən
Məlumat bazaları və informasiya sistemlərini tənzimləyən, saytları texniki və yaradıcılıq baxımından idarə edən şəxs.
«Administrator» sözünün qısaldılmış forması olan A. terminindən daha çox kompüter və biznes sahəsində istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti