Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

videokaset

lat. video – baxıram, görürəm + fr. cassette – kiçik qutu

Videokamera ilə çəkilmiş, yaxud videomaqnitofon vasi­təsilə köçürülmüş görüntüləri rəqəmsal formatda saxlamaq üçün informasiya da­şı­yı­cısı.

V. – içərisinə videoyazı üçün maqnit lenti yerləşdirilmiş kiçik qutudan ibarətdir.

Jurnalistika terminləri lüğəti

videomaqnitofon

lat. video – baxıram, görürəm + yun. magnetis lithos – hərfi mənada «Maqnesiyadan (Kiçik Asiyada qə­dim şəhər) gətirilən daş» + yun. pho­ne – səs

Videokameradan aldığı təsviri və onu müşayiət edən səs siqnallarını maq­nit lentinə yazan və sonradan nümayiş etdirən avadanlıq.

İş prinsipinə görə V. adi maqnitofona bənzəyir. V. həm də ka­meranın videokasetə köçürdüyü rəqəmsal görüntünü nümayiş etdirmək üçündür.

Jurnalistika terminləri lüğəti

videomətn

lat. video – baxıram, görürəm

1. Məlumat xarakterli qrafik informa­si­yanın televiziya, yaxud kompüter ekranına çıxarılmasını təmin edən sistem.

Bu sistem klaviaturadan, telefon xəttindən və televizordan, yaxud displeydən ibarətdir. Ondan informasiyanı mətn və qrafika şək­lində müəyyən məsafədə yerləşən ek­randa əks etdirmək üçün istifadə olunur.

2. Mə­cazi mənada: qəzet, jurnal mə­qa­ləsində çərçivəyə alınaraq, yaxud xüsusi qələmlə rənglənərək digərlərindən fərq­ləndirilən cümlə, söz.

Jurnalistika terminləri lüğəti

videosüjet

lat. video – baxıram, görürəm + fr. sujet – mövzu, predmet

1. Hər hansı hadisə haqqında qısa və bitkin videoinformasiya.

V., əsasən, xəbər proqram­­ların­­da müstəqil material, yaxud mətnli in­­­for­­­ma­siyanı müşayiət edən ardıcıl gö­rüntülər ­ki­mi təqdim olunur.

2. Televiziya proq­ramının ssenarisinə uyğun olaraq ve­rilişdə nümayiş etdirmək üçün hazırlanmış videomaterial.

Belə verilişlərdə V.-lər­dən, adə­tən, hansısa fikrin təsdiqi və ya inkarına xidmət edən əyani vəsait, yaxud müza­ki­rələrə mövzu verən, onları can­landıran mühüm element kimi istifadə olu­nur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

virtual reallıq

lat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən

Süni üsullarla və interaktiv multimedia vasi­tələri ilə yaradılan elektron gerçəklik, gerçəkliyin kompüter modeli.

İnsanda V.R. təsəvvürü onun duyğularına təsir göstərmək və bu təsirə cavab reaksiyası oyatmaqla, fiziki iştirak effekti yaratmaqla formalaşdırılır. Müxtəlif texniki vasitələr (eynək, dəbilqə, xüsusi ekranlar, səs qurğuları) həmin təsəv­vürü gücləndirməyə xidmət edir. Terminə ilk dəfə fransız dramaturqu Antonin Artonun (Artuad) «Teatr və onun oxşarı» (1938) əsərində rast gə­linir. Kompüter texno­lo­gi­yaları erasına qə­dər bu termin altında «re­allıqda möv­cud olmayan, amma müəyyən şəraitdə yarana biləcək» hal, vəziyyət nə­zərdə tutulurdu. Kompüterdə ilk V.R. ya­radan proqram isə ABŞ-ın Massaçusets Texnologiya İnstitu­tunun «Aspenin kino xəri­təsi» (1977) adlı proqramı hesab edilir. 

Jurnalistika terminləri lüğəti