Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qəzet əlavəsi

Qəzetin ənənəvi bura­xı­lış­larına həcmcə artırılmış hissə.

Q.Ə., adə­tən, hər hansı xüsusi mövzuya həsr edilir, dövriliyinə, formatına, yayım üsuluna, di­gər göstəricilərinə görə ənənəvi bura­xı­lışdan fərqli ola bilir; məs.: qəzetin yalnız şənbə günləri çıxan rəngli idman əlavəsi.

Jurnalistika terminləri lüğəti

qısa dalğalar

Uzunluğu 10 metrdən 100 metrədək, tezliyi 30 Mhs-dən 3 Mhs-dək olan radiodalğalar.

Q.Q.-dan radio və televiziya yayımında, Yerin ionosferinin və planetlərin tədqiqatında istifadə olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

qlobal kənd

ing. “global village” ifadəsinin hərfi tərcüməsi; fr. global – ümumi < lat. globus – kürə

Elektron medianın və informasiya texnologiyalarının sürətli in­ki­şafı nəticəsində dünyanın kiçilərək vahid bir(gə) yaşayış məntəqəsinə çevrildiyini əks etdirən ifadə.

Q.K. termini ilk dəfə məş­hur kanadalı filosof, kulturoloq və küt­ləvi kommunikasiya üzrə nəzəriyyəçi-alim Herbert Marşal Makluhanın 1962-ci ildə dərc olunmuş «Quttenberq qalaktikası» əsə­rin­də işlədilib.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti