Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

prinsip

lat. principium – əsas, özül, baş­lanğıc

1. Hər hansı nəzəriyyənin başlıca ideyasını, fundamental əsasını ifadə edən müddəa. 

2. Hər hansı fəaliyyət sahəsində tətbiq olunan hüquqi, yaxud mənəvi nor­ma.

Məntiqi cəhətdən P. müəyyən sistemin bu sistem daxilində baş verən bütün proseslərə şamil edilən qaydasıdır. Jurna­listikanın fəaliyyət P.-ləri, əsasən, peşə ­əx­laqı kodekslərində (peşə davranışı qaydalarında) öz əksini tapır, onlardan bəziləri isə, məsələn, teleradio fəa­liy­yə­tinin P.-ləri, ictimai yayım xidmətinin ­­P.-ləri qa­nunvericiliklə təsbit olunur. Ob­­yektivlik, plüralizm, tərəfsizlik, qə­rəzsizlik, şəxsi həyata müdaxilənin yolverilməzliyi və s. jur­nalistikanın başlıca P.-ləridir. 

3. İnsa­nın inancı, onun özü üçün müəy­yən­ləş­dir­diyi mənəvi norma.

Bu daxili nor­malar – P.-lər insanın hadisələrə münasibətini, həyat tərzini, nəyin düz, nəyin səhv oluğu haqda təsəvvürlərini formalaşdırır. 

4. Hər hansı cihazın əsas xüsusiyyəti, iş qaydası; məs.: kameranın iş P.-i, kompüterin iş P.-i.

Jurnalistika terminləri lüğəti

profil

lat. pro – əvvəlcədən, uyğun + lat. filum – cizgi, sap

1. Kompüter sistemin­də qeydiyyat yazısı, istifadəçi haqqında ­mə­lumatlar toplusu.

İstifadəçinin P.-i kompüter ekranının görünüşünü müəy­yənləşdirmək, əməliyyat sistemlərində ­də­yişikliklər etmək, istifadəçinin qov­luq­larda saxlanılan fayllarına giriş icazəsi ­al­maq üçün fərdi qaydada nizamlanan pa­ra­metr­lərin cəmindən ibarətdir. 

2. Sosial şəbə­kələrdə istifadəçinin şəxsi (fərdi) ­sə­hifəsi.

İstifadəçinin P.-inə onun «vizit kar­tı» da deyilir. Burada istifadəçi haq­qında məlumatlar, onun şəkli, şəbəkə ün­vanları və s. yerləşdirilir. 

3. Müəyyən bir peşəni, ixtisası səciyyələndirən xüsu­siy­yətlərin, tipik cəhətlərin cəmi.

Məsələn, jurna­listin P.-i onun ixtisaslaşdığı sahə, mövzu üzrə müəyyənləşdirilə bilər. 

4. Hər hansı şəxs, onun həyatı, fəaliyyəti, xarakteri ­haq­qında internetdə yerləşdirilmiş heka­yət.

P. – sosial jurnalistikanın janr­larından biridir. Adətən, belə hekayətlərdə P. qəhrəmanının öz fikirləri, baxışları ilə bərabər, onu tanıyan adamların da rəyləri yer alır. Bəzən P. qəhrəmanla söhbət ­for­­­masında da qurulur. 

5. Kadrda, rəsmdə, fotoşəkildə başın, sifətin yandan gö­rü­nüşü. 

6. Hər han­sı şəxsin, yaxud əşyanın qısa yazılı təsviri, yaxud görünüşünün konturları.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

proqram

yun. programma – elan, göstəriş

1. Bax: teleradio proqramları.

2. Bax: proqram konsepsiyası.

3. Televiziya və ya radio kanalının günlük, həftəlik verilişlərinin si­yahısı.

Kanallar öz P.-ları ilə auditoriyanı əvvəlcədən – saytda, çap KİV-də yerləş­dirməklə, yaxud anonslar verməklə – tanış edir. Bəzən telejurnalistikada P. anlayışı konkret tarixlər üçün «yayım cədvəli» termininin sinonimi kimi işlədilir. Lakin yayım cədvəli daha geniş anlayışdır, daha böyük dövrü əhatə edir və yayım siyasətini özün­də daha bariz şəkildə əks etdirir.

4. Bax: kompüter proqramı.

Jurnalistika terminləri lüğəti