Çapdan yeni çıxmış nəşrlərin (qəzet, jurnal, kitab, bülleten və s.) nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına mütləq çatdırılmalı olan ödənişsiz nüsxələri.
Azərbaycan qanunvericiliyinə görə, M.N. nəşrin ümumi tirajına daxil edilir.
Jurnalistika terminləri lüğəti1. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaların hüquqi rejimi.
Qanunvericilikdə məxfi informasiyaların üç M. dərəcəsi və buna uyğun olaraq üç məxfilik qrifi müəyyənləşdirilir: «xüsusi əhəmiyyətli», «tam məxfi» və «məxfi».
2. Əldə olunması məhdudlaşdırılan informasiyaların qorunması üçün həyata keçirilən siyasət.
Misal: «Məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu başa düşməyinizə kömək üçün «Məxfilik siyasəti üzrə əsasnamə» hazırlamışıq» («Bakcell» şirkətinin məxfilik üzrə əsasnaməsi).
3. Məlumatın yalnız ünvanlanmış olduğu şəxs və ya təşkilat tərəfindən alınmasını təmin edən rabitə rejimi, əlaqə forması.
Misal: «YUNESKO internet məxfiliyi ilə bağlı qlobal hüquqi araşdırmaların aparılmasının təşəbbüskarıdır» (Yanis Karklins, YUNESKO baş katibinin müavini).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti