Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin ailə dairəsinə və yaxın tanışlar sırasına daxil olmayan şəxslər arasında deklamasiyası, oxunması, habelə başqa üsullarla qavranıla biləcək tərzdə təqdim edilməsi.
K.İ. müəlliflik hüququnun obyektidir və yalnız xüsusi hallarda (rəsmi tədbirlər, dini mərasimlər və s.) bu hüquq sahibinin icazəsi olmadan, müvafiq haqq ödənilmədən icra edilə bilər.
Jurnalistika terminləri lüğətiAxtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı qanunvericiliklə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbərlər və digər məlumatlar.
K.İ.-dan istifadə sahəsində qanunvericilikdə nəzərdə tutulmamış məhdudiyyətlər tətbiq etmək qadağandır.
Jurnalistika terminləri lüğətiVətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququ.
Dövlət öz üzərinə ölkədə senzuranın və inhisarçılığın yolverilməzliyi, KİV və jurnalist hüquqlarının müdafiəsi sahəsində konkret öhdəliklər götürməklə K.İ.A.-nın qorunmasına da zəmanət verir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququnun tətbiqi sahəsində istisnaların, habelə bu hüquqdan sui-istifadə hallarının müəyyənləşdirilməsi.
Belə istisna və hallar daimi, yaxud müvəqqəti ola bilər. Onlar demokratik cəmiyyətdə zərurilik baxımından əsaslandırılmalı və qanunvericilikdə öz əksini tapmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHərbi vəziyyət dövründə informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququndan istifadə üçün xüsusi qaydaların müəyyənləşdirilməsi.
Qanunvericiliyə görə, belə hallarda dövlət müstəqilliyini, ərazi bütövlüyünü və əhalini təcavüzdən qorumaq məqsədilə ölkədə senzura tətbiq oluna, KİV-in fəaliyyəti dayandırıla, yaxud konkret ərazilərdə media məhsulları yoxlanıla bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDövri mətbu nəşrlər, teleradio təşkilatları, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və kütləvi informasiyanın digər yayım formaları.
KİV-in təsis olunması, idarə edilməsi, istehsalı və yayımı, habelə onlara sahiblik, onlardan istifadə yalnız media qanunvericiliyində nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSənaye, ticarət, maliyyə korporasiyalarının KİV-in fəaliyyət sferasına daxil olması nəticəsində coxşaxəli media komplekslərinin yaranması.
Diversifikasiya prosesində digər sahələrdə qazanılmış kapital informasiya sənayesinə yatırılır, yayım şəbəkələri, nəşriyyatlar genişləndirilir, portallar açılır və s. Bəzi media tədqiqatçıları bu prosesdə medianın iqtisadi problemlərinin həlli imkanını, digərləri onun müstəqilliyi üçün təhlükə görürlər.
Jurnalistika terminləri lüğətiİnformasiyanın yaradılması, toplanması, işlənməsi, saxlanması, axtarılması, yayılması, habelə KİV məhsullarının istehsalı proseslərində istifadə edilən bütün üsul və vasitələrin məcmusu.
Termin kimi K.İ.V.T. anlayışı «mediatexnologiya» anlayışından bir qədər fərqlidir və KİV məhsullarının bilavasitə istehsalı prosesində tətbiq olunan texnologiyaları da əhatə edir.
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin müəyyən ümumi əlamətlərə görə qruplara bölgü sistemi.
K.İ.V.T. ən müxtəlif əlamətlər əsasında (mülkiyyət, təsis, istehsal və yayım forması, yayım zonası, auditoriya, həcm, dövrilik və s.) aparılır. Ən geniş təsnifat sistemində KİV informasiyanın təqdimat üsuluna və bir sıra digər keyfiyyətlərinə görə mətbuat (qəzet, jurnal, məcmuə və s.), audiovizual KİV (televiziya, radio), informasiya xidmətləri (agentliklər), internet-media (sayt, portal və s.) kimi baza qruplarına ayrılır.
Jurnalistika terminləri lüğətiDövlət tərəfindən söz və mətbuat azadlığının müdafiəsinə, media orqanlarının inkişafına yönəldilmiş, ardıcıl olaraq həyata keçirilən təşkilati-texniki, hüquqi, iqtisadi tədbirlər sistemi.
K.İ.V.D.D. cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi sahəsində medianın rolunu artırmaq və insanların obyektiv informasiya almaq hüququnu təmin etmək məqsədi güdür. Bu dəstək qanunvericilik bazasının liberallaşdırılması, iqtisadi güzəştlər sisteminin tətbiqi, sosial reklamın idarə olunması, habelə birbaşa maliyyə yardımları formasında həyata keçirilə bilər. Belə tədbirlər dünyanın bir çox ölkələri üçün xarakterikdir. Lakin K.İ.V.D.D. medianın müstəqilliyinə xələl gətirməməli, jurnalistlərin öz ictimai funksiyalarını yerinə yetirməsinə mane olmamalı, proteksionizmə şərait yaratmamalıdır.
Jurnalistika terminləri lüğətiMətbu nəşrin bir nömrəsinin tirajı, yaxud tirajın müəyyən hissəsi; teleradio və ya kinoxronika proqramının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajın bir hissəsi; habelə internetdə rəqəmsal texnologiyalar əsasında yaradılan saytlar, portallar, sosial şəbəkələr, bloqlar və s.
Jurnalistika terminləri lüğətiDövri mətbu nəşrlərin, teleradio proqramlarının audio və ya videoyazılarının satılması, yaxud paylanması; teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi; habelə internetdə rəqəmsal texnologiyalar əsasında yaradılan saytlar, portallar, sosial şəbəkələr, bloqlar və s.-nin istifadəsi.
Jurnalistika terminləri lüğəti