Reklamı, hər hansı digər materialı yaymaq üçün kütləvi informasiya vasitəsinin sifarişçidən təyin olunmuş ümumi qiymətlərə nisbətən aşağı haqq alması.
G.Ö. müəyyən şərtlər daxilində (davamlı əməkdaşlıq, qarşılıqlı xidmət və s.), yaxud sifarişçinin fəaliyyətini stimullaşdırmaq üçün tətbiq olunur; məsələn, sosial elanlara böyük güzəşt tətbiq etməklə əhalinin geniş məlumatlandırılmasına şərait yaradılır; yerli malların reklamına görə xarici malların reklamından iki dəfə aşağı qiymət təyin etməklə daxildə kiçik biznesin inkişafına yardım göstərilir və s.
Jurnalistika terminləri lüğətiMətnin, şəklin maddi daşıyıcı üzərində güzgüdə olduğu kimi çevrilmiş formada çap üsulu.
Tarixən poliqrafiyada, demək olar, bütün çap texnologiyalarında bu üsuldan istifadə edilib. Ona görə də çap qəlibləri mətnin, şəklin güzgüdə əksi qaydasında hazırlanıb. XX əsrdə ofset ixtira edildikdən sonra birbaşa çap üsulu daha geniş yayılıb.
Jurnalistika terminləri lüğəti