Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ekspromt

lat. expromptus – tez, sürətli

1. İfa anında yaradılan, bədahətən söylə­nilən kiçikhəcmli əsər.

Bu, şeir, musiqi par­çası, karikatura, şarj və s. ola bilər. E. improvizasiyanın bir növüdür. 

2. Hazırlıq­sız çıxış, çıxışa əlavə.

Radio və televi­ziyada xə­bər bloklarının keçidlərində, canlı yayım zamanı texniki fasilə yaran­dıqda ­jurnalist ssenaridə nəzərdə tutulmamış mətnlə din­lə­yicilərə (tamaşaçılara) mü­raciət edə bi­lər. Adətən, təcrübəli apa­rıcılar öz veriliş­lərinin daha maraqlı və yaddaqalan olması üçün belə E.-lardan istifadə edirlər.

Jurnalistika terminləri lüğəti

elan edilən tiraj

Qəzetlərin, jurnalların, digər çap materiallarının istinad məlu­mat­larında göstərilən tiraj.

Bu tiraj çap məh­sulunun üzərində rəsmən qeyd olunsa da, bəzən reallığa uyğun gəlmir. Bir sıra hallarda qəzet və jurnallar reklam sifarişçisini cəlb etmək üçün E.E.T.-ı şişirdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti