Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ekspert

lat. expertus – təcrübəli

Hər han­sı fakt, proses, yaxud hadisə barədə peşəkar rəy bildirən mütəxəssis.

Redaksiyalar E.-ləri təşkil etdikləri tok-şoulara, dəyirmi masa­lara, debatlara dəvət edir, jurnalistlər fərdi materiallarının daha də­qiq, əsaslı və inan­dırıcı olması üçün onları E. rəyi ilə zəngin­ləşdirirlər. KİV-in ke­çir­diyi kon­kurslarda, habelə jurnalist ma­terialları  müsa­biqələrində də münsiflər he­yəti, adə­tən, müstəqil E.-lərdən təşkil olu­nur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ekspert bankı

Kütləvi informasiya vasi­tə­sinin tez-tez müraciət etdiyi, rəyini öyrən­diyi ekspertlərin siyahısı və onların ixtisas sahəsi, fəaliyyət dairəsi haqqında məlu­matlar toplusu.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti