Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dövlət sirrinin mühafizəsi sistemi

Dövlət sirrinin qorunması üçün istifadə edilən vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məc­­­musu.

Bu tədbirlər səlahiyyətli döv­lət orqanları tərəfindən yerinə yetirilir və dövlət sirri təşkil edən məlumatların, ha­belə onların daşıyıcılarının mühafizəsinə xidmət edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

DVD [di-vi-di] abreviatura

ing. Digital Video Disc – «rəqəmsal vi­deodisk» və ya Digital Versatile Disc – «rəqəmsal çoxməqsədli disk» sözlərinin baş hərflərindən ibarət abreviatura

Xüsusi texnologiya vasitəsilə səthinə daha sıx informasiya yazılan rəqəmsal kompakt disk.

DVD 1995-ci ildə bir neçə aparıcı videoavadanlıq istehsalçısı tərəfindən vi­deokasetlərin əvəzedicisi kimi hazırlanıb. Sonradan bu kompakt disklərin müxtəlif məqsədlərlə istifadə üçün yararlılığı aşkar edilib. Buna görə də abreviaturanın iki cür açı­lış variantı mövcuddur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti