lat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək
Müəllifin bu və ya digər səbəbdən ictimailəşdirməkdən çəkindiyi faktı, fikri şüurlu surətdə çıxışına, materialına daxil etməməsi, yaxud hər hansı hissəni əsərdən çıxarması.
Ö. redaktorun, jurnalistin, aparıcının və b.-nın kənardan açıq rəsmi nəzarət olmadan, ictimai maraqları deyil, şəxsi və korporativ maraqları əsas tutaraq söylədiklərinə və yazdıqlarına məhdudiyyətlər qoymasıdır, buna görə ona «daxili senzura» da deyilir. Ö. müxtəlif səbəblərdən yarana bilər: məsələn, jurnalistin qeyri-qanuni cəza tədbirlərindən, işdən çıxarılmaqdan ehtiyat etməsi, redaksiyanın reklam sifarişçisini itirmək təhlükəsi, hakimiyyət orqanları ilə münasibətləri korlamaq istəməməsi və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti