Karib dənizinin cənubunda, Kiçik Antillər adalar qrupunda yerləşir.
Parlamentli konstitusiyalı monarxiyadır. Ölkə Böyük Britaniyanın bir hissəsi olduğu üçün dövlət başçısı Böyük Britaniya kralı III Çarlzdır. Onu ölkədə general-qubernator Susan Dougan təmsil edir. Hazırda (2025-ci il) Baş nazir isə Ralph Gonsalvesdir.
İqtisadiyyat, əsasən, kənd təsərrüfatı, turizm və maliyyə xidmətləri üzərində qurulub. Əsas ixrac məhsulu banandır, lakin son illərdə kənd təsərrüfatında diversifikasiya aparılır. Turizm sektoru xüsusilə Qrenadin adalarında inkişaf edib və ölkəyə əhəmiyyətli gəlir gətirir. Bundan əlavə, offşor bankçılıq və maliyyə xidmətləri də iqtisadiyyatın vacib sahələrindən biridir. Təbii fəlakətlər və qlobal bazardakı dalğalanmalar ölkənin iqtisadiyyatına təsir edən əsas amillərdəndir.
Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətli hava şəraiti hökm sürür. Musson yağışları müşahidə olunur. Təbiəti yaşıllıqlarla zəngindir, vulkanik mənşəli dağlar, tropik meşələr, sahilboyu çimərliklər və mərcan rifləri mövcuddur.
La Soufriere vulkanı, Bequia adası, Tobago Cays dəniz parkı və Dark Viev şəlalələri turistlər üçün məşhurdur.
Təhsil sistemi ibtidai, orta və ali təhsil mərhələlərindən ibarətdir. İbtidai təhsil məcburidir və dövlət məktəbləri pulsuzdur. Orta təhsil dövlət və özəl məktəblərdə tədris olunur. Ali təhsil üçün tələbələr Karib Dənizi Universiteti və xarici universitetlərə müraciət edirlər.
Mədəniyyəti Afrika, Karib, Avropa və Hindistan təsirlərinin qarışığından ibarətdir. Musiqi və rəqs mədəniyyətin ayrılmaz hissəsidir, xüsusilə kalipso, reggae və soca janrları populyardır. Hər il keçirilən Vinsifest və Karneval ənənəvi festivallardandır. Ənənəvi yeməkləri arasında duzlu balıq və kökə, dasheen (taro bitkisi) və dəniz məhsulları üstünlük təşkil edir. Yerli xalqın əksəriyyəti xristiandır və mədəni dəyərlər ailə və icma bağlarına əsaslanır.