Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Hind okeanında, Madaqaskarın şərqində yerləşən ada dövlətidir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) ölkənin prezidenti Prithvirajsing Roopun, Baş naziri isə Pravind Jugnauthdur. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən turizm, şəkər sənayesi, tekstil, informasiya texnologiyaları və maliyyə xidmətlərinə əsaslanır. Ölkə Afrikanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri sayılır və sabit makroiqtisadi siyasətə malikdir. Azad bazar iqtisadiyyatı, xarici investisiyalara açıqlıq və güclü bank sektoru Mavriki iqtisadiyyatının əsas xüsusiyyətlərindəndir. Bundan əlavə, hökumət bərpa olunan enerji və dəniz iqtisadiyyatı kimi sahələrə investisiyalar cəlb edərək iqtisadiyyatın şaxələndirilməsinə çalışır.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir. Yay mövsümü isti və rütubətli (noyabr-aprel), qış isə mülayim və quru (may-oktyabr) keçir. Adada gözəl çimərliklər, mərcan rifləri, vulkanik mənşəli dağlar və unikal flora-fauna mövcuddur.

5. Görməli yerləri

Şamarel rəngli torpaqları, Le Morne dağı, Grand Bassin gölü, Qaraçay Dərələri Milli Parkı, Maral adasıPort-Luidəki Aparavasi Qat tarixi yeri turistlər arasında məşhurdur.

6. Təhsil sistemi

Təhsil sistemi ingilis və fransız dillərində aparılır. Təhsil 5 yaşdan 16 yaşa qədər məcburidir və dövlət məktəblərində pulsuzdur. Sistem ibtidai, orta və ali təhsildən ibarətdir. Ali təhsil universitetlər və peşə məktəblərində təklif olunur. Təhsil sahəsində Böyük Britaniya modeli əsas götürülür.

Ölkənin əsas universitetləri: Mavriki Universiteti, Mavriki Texnologiya Universiteti, Mavriki Açıq Universiteti, Mavriki Tədbiqi Elm və Tədqiqat Universiteti, Mavriki Təhsil İnstitutu.

7. Mədəniyyəti

Mədəniyyəti müxtəlif etnik və dini qrupların təsiri ilə formalaşıb. Hind, afrika, çin və avropa ənənələri ölkənin musiqisi, rəqsləri, festivalları və mətbəxində öz əksini tapır. Kreol mədəniyyəti xüsusilə güclüdür. Sega rəqsi və musiqisi ada xalqının ənənəvi sənət nümunələrindəndir. Ölkədə müxtəlif dini bayramlar, o cümlədən Divali, Çin Yeni ili və Qurban bayramı qeyd olunur.