Reklam
Reklam

1. BS-də əsas vahidlər

BS-də yeddi əsas vahid var:

BS-də əsas yeddi vahid

Vahidin adı

İşarəsi

1

kütlə vahidi

kiloqram

kq

2

uzunluq vahidi

metr

m

3

zaman vahidi

saniyə

san

4

maddə miqdarı

mol

mol

5

temperatur vahidi

kelvin

K

6

cərəyan şiddəti vahidi

amper

A

7

işıq şiddəti vahidi

kandela

kd

 

Bu əsas vahidlərdən əlavə, törəmə vahidlər də var ki, onların bir çoxu BS prefiksləri vasitəsilə yaranır.

BS bir çox ölkələr tərəfindən qəbul edilmişdir. Lakin bununla yanaşı, bəzi ölkələr (məsələn, ABŞ) tarixən qəbul edilmiş klassik ölçü vahidlərindən də istifadə etməkdə davam edirlər.

Adətən, ölçü vahidlərinin işarələri kiçik hərflərlə yazılır. Məsələn, metr – m. Lakin əgər ölçü vahidi hər hansı alimin və ya tarixi şəxsiyyətin adı ilə adlandırılmışsa, onda həmin vahidin ixtisarında (qısa işarələməsində) baş hərfdən istifadə edilir. Məsələn, ingilis fiziki Kelvinin şərəfinə adlandırılan temperatur vahidi kelvin – K ilə işarə olunur.

Həmçinin bax: Litr nə üçün böyük hərflə yazılır?

2. Tarixi

BS yaranandan əvvəl dünya xalqlarının hər biri özünəməxsus ölçü və çəki vahidlərindən istifadə edir, öz arşını ilə ölçürdü. Bu isə müxtəlif ölkələr arasında  ticarətin inkişafına, eləcə də elm və texnikanın inteqrasiyasına ciddi əngəl törədirdi.

1790-cı ildə Fransada dünyanın görkəmli fizika, riyaziyyat və astronomiya alimlərinin qatıldığı Beynəlxalq Ölçülər və Çəkilər Palatası təsis edildi. Palatanın ilk təsis yığıncağında metrik ölçü sisteminin əsası qoyuldu. Tezliklə çəki, kütlə uzunluq kəmiyyətləri üçün də vahidlər qəbul edildi. Onların əsasında isə sahə, həcm, sıxlıq və başqa kəmiyyətlərin vahidi yaradıldı. Kütlə və uzunluq vahidlərinin etalonları hazırlanıb, saxlanılmaq üçün Fransa Dövlət Arxivinə verildi.

Bax: qədim ölçü vahidləri

3. Azərbaycanda metrik sistemə keçid

Azərbaycanın Rusiyaya birləşdirildiyi dövrdə burada yalnız yerli ölçü və çəki vasitələrindən istifadə olunurdu. Sonra yerli vahidlərlə yanaşı rus vahidlərindən də istifadə edilməyə başlandı. Azərbaycanda Ölçülər və Çəkilər Palatasının qəbul etdiyi vahidlərə keçid nisbətən gec, əsasən, XX əsrin əvvəllərində baş vermişdir.

Azərbaycanda Beynəlxalq Vahidlər Sistemi 1963-cü ildə rəsmi qəbul olunmuşdur.