- Tısbağa bilmir, damını dalında gəzdirir. (Azərbaycan)
- Arxa su gələnə qədər qurbağanın canı çıxar. (Azərbaycan)
- Yaxşı at yemini artırar, yaman at qamçısını! (Azərbaycan)
- Keçinin əcəli gələndə buynuzunu çobanın çomağına sürtər. (Azərbaycan)
- Yaxşı at özünə qamçı vurdurmaz. (Azərbaycan)
- Tısbağanı ya öldür, ya arxası üstə çevir! (Azərbaycan)
- İlan hər yerə əyri gedər, öz yuvasına düz! (Azərbaycan)
- Dayça at olunca yiyəsi mat olar. (Azərbaycan)
- Tülkü tülkülüyünü sübut edincə dərisi boğazından çıxar. (Azərbaycan)
- Çaqqal var ki, baş kəsər, qurdun adı bədnamdır. (Azərbaycan)
- Qurddan qorxan qoyun saxlamaz. (Azərbaycan)
- Sürüyə qurd gələndə, köpəyi yuxu tutar. (Azərbaycan)
- Qurd adını dəyişər, xasiyyətini dəyişməz. (Azərbaycan)
- Aslan qocalanda başına çaqqallar yığılar. (Azərbaycan)
- Ayı meşədən küsüb, meşənin xəbəri yox. (Azərbaycan)
- Dəvənin qanadı olsa, uçmamış dam qalmaz. (Azərbaycan)
- Dəvədən böyük fil var. (Azərbaycan)
- Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdür. (Azərbaycan)
- Dəvə qulağından asılmaz. (Azərbaycan)
- Qoç olmamış buynuz çıxardar. (Azərbaycan)