Reklam
Reklam
  • Sirr olar iki nəfər arasında, üçüncü bildi — aləm bildi. (Gürcü)
  • Pis gözətçi oğrudan da pisdir. (Gürcü)
  • Odunu çox yandıran meşəyə tez-tez gedər. (Gürcü)
  • Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz. (Gürcü)
  • Qocalar xatirəylə yaşayır, cavanlar ümidlə. (Gürcü)
  • Kəndirin uzunu yaxşıdır, sözün qısası. (Gürcü)
  • Karlar var deyə zənglər iki dəfə çalınmır. (Gürcü)
  • Haqq ağacını daşda da əksən qurumaz. (Gürcü)
  • Göz neyləsə də, qaşdan yuxarı çıxa bilməz. (Gürcü)
  • Ən ağır daşı su damcı-damcı damıb dələr. (Gürcü)
  • Dişlər dilin qəsridir. (Gürcü)
  • Dilin sümüyü yoxdur. (Gürcü)
  • Dəvə oğurlayan da oğrudur, iynə oğurlayan da. (Gürcü)
  • Dəmir od içində bərkiyər, insan ehtiyac içində. (Gürcü)
  • Dartılan ip tez qırılar. (Gürcü)
  • Çay öz yatağını itirməz. (Gürcü)
  • Bu dünyada bircə şey dilsiz danışır — vicdan. (Gürcü)
  • Böyük yelkənləri ancaq güclü küləklər aça bilər. (Gürcü)
  • Böyük ağrıya kiçik dərman kömək edir. (Gürcü)
  • Böyük ağac güclü küləyi sevir. (Gürcü)