Reklam
Reklam
  • Evdəki hesab bayıra çıxmaz. (Azərbaycan)
  • Ev bizim, sirr bizim. (Azərbaycan)
  • Uşaq atasından güclüsünü bilməz. (Azərbaycan)
  • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə! (Azərbaycan)
  • Dövlətdə dəvə, övladda nəvə! (Azərbaycan)
  • Babadan hümmət – nəvədən xidmət. (Azərbaycan)
  • Qocadan demək, cavandan kömək! (Azərbaycan)
  • Yol böyüyündür, su kiçiyin! (Azərbaycan)
  • Kiçiyin kiçik yeri var, böyüyün – böyük! (Azərbaycan)
  • Böyük sözünə baxmayan böyürə-böyürə qalar. (Azərbaycan)
  • Böyük olan yerdə kiçik danışmaz. (Azərbaycan)
  • Söz var, el içində, söz var, ev içində. (Azərbaycan)
  • Atanın duası, ananın ahı yerdə qalmaz. (Azərbaycan)
  • Atana necə baxarsan, övladın da sənə elə baxar. (Azərbaycan)
  • Atasını, anasını görməsəydim, özünə xan deyərdim. (Azərbaycan)
  • Atasında olmayanı balasında axtarma. (Azərbaycan)
  • Atalar nə əkiblər, oğullar onu biçiblər. (Azərbaycan)
  • Ata olarsan, ata qədrini bilərsən! (Azərbaycan)
  • Atası balıqçı olub, oğlu da suya baxır. (Azərbaycan)
  • Ata malından mal olmaz, özün qazanmaq gərək! (Azərbaycan)