Reklam
Reklam
  • Qüsursuz dost yoxdur, amma dostunda qüsur axtarsan, dostsuz qalacaqsan. (Çin)
  • Sənin eyiblərini göstərən həmişə düşmənin olmadığı kimi, fəzilətlərindən danışan da həmişə dostun olmur. (Çin)
  • Gerçək dost ehtiyac duyulan dostdur. (İtalyan)
  • Yaxşı dost sənin bütün hekayələrini bilir. Ən yaxşı dost isə bunları səninlə yaşayıb. (İngilis)
  • Hamı çölə çıxanda dost içəri girər. (İngilis)
  • Xörək yeyəndə yoldaşını gözlə. (Talış)
  • Köhnə dost düşmən ola bilməz. (Talış)
  • Başını dost evində qırx, dırnağı düşmən evində. (Talış)
  • Tost deyəni yox, dost olanı axtar. (Saxur)
  • Əvvəl yoldaş, sonra yol. (Saxur)
  • Mənim əşyamı mənimlə döyüşdürürlər. (Saxur)
  • Dosta borc vermə, hər ikisi əldən gedər. (Ləzgi)
  • “Yoldaş, yoldaş” deyən dostun ardınca getmə. (Kürd)
  • Ağac kökləri ilə yaşar, insan dostları ilə. (Hind)
  • İki insanın dost ola bilməsi üçün biri mütləq səbirli olmalıdır. (Hind)
  • Təzə dost qazan, köhnəni də unutma. (Gürcü)
  • Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır. (Gürcü)
  • Eyibsiz dost axtaran tək qalar. (Gürcü)
  • Arxanı kimə söykəyirsən, dalına daş yükləyir. (Gürcü)
  • Balta ağac kəsməzdi, sapı ağac olmasaydı! (Azərbaycan)