Reklam
Reklam
  • Dinləyicin pisdirsə, yaxşı danışmağın nə faydası. (Gürcü)
  • Üzü küləyə tüpürən adam öz üzünə tüpürər. (Gürcü)
  • Tənbəl çoban sürünü uzaqdan qaytarar. (Gürcü)
  • Şahın qəzəbinə gəlsən — xalqa üz tut, xalqın qəzəbinə gəlsən — qaç. (Gürcü)
  • Pis insan bütün insanların onun kimi olduğuna inanır. (Gürcü)
  • Öz fikrini gizləyə bilməyəndən hökmdar olmaz. (Gürcü)
  • On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz. (Gürcü)
  • Oğrunun əlinə heç nə keçmədi, öz papağını oğurladı. (Gürcü)
  • Qorxaq gedəndə öyünər, cəsarətli — qayıdanda. (Gürcü)
  • Qar da ağdır, amma bütün aləm onu tapdalayır. (Gürcü)
  • Qaçan da Allaha yalvarır, tutan da. (Gürcü)
  • Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş. (Gürcü)
  • Keçəl gileyləndi ki, daraq bahalaşıb. (Gürcü)
  • Günəşə kim çirkab atsa, öz başına düşər. (Gürcü)
  • Bütün quyulara tüpürsən, suyu haradan içərsən?! (Gürcü)
  • Bir şey demək istəyirsənsə, əvvəlcə bax gör kimə deyirsən. (Gürcü)
  • Ağac yıxılanda — baltalı, baltasız, hamı qaçır üstünə. (Gürcü)
  • Aclıq gələndə utancaqlıq yox olur. (Gürcü)