- Gördüyündən göz kirayəsi istəyir. (Azərbaycan)
- Papağı tülkü dərisindən, xəbəri yox gerisindən. (Azərbaycan)
- Yersiz gəldi, yerli, qaç! (Azərbaycan)
- Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır. (Azərbaycan)
- Yaxşını yada vermə – hayıfdır,
Yamanı yada vermə – ayıbdır!
(Azərbaycan)
- Qaşınmayan yerdən qan çıxardar. (Azərbaycan)
- Ölülər elə bilir ki, dirilər halva yeyir. (Azərbaycan)
- Dumbul görər, oynar, mehrab görər, ağlar. (Azərbaycan)
- Balıq başından iylənər. (Azərbaycan)
- İsti çörək təndirdən, minnəti yox pendirdən. (Azərbaycan)
- Görünən kəndə nə bələdçi?! (Azərbaycan)
- Adımı sənə qoyum, səni yana-yana qoyum! (Azərbaycan)
- Kor kora kor deməsə, bağrı çatlar. (Azərbaycan)
- Qara məni basınca, mən qaranı basım. (Azərbaycan)
- Göz görməsə, könül bulanmaz. (Azərbaycan)
- Uman yerdən küsərlər. (Azərbaycan)
- Əyri oturaq, düz danışaq. (Azərbaycan)