Reklam
Reklam
  • İnsan suya düşdüyü üçün yox, sudan çıxa bilmədiyi üçün boğulur.
  • Dünyaya gəldiyimiz andan hamımız bir səhvə yol veririk: elə düşünürük ki, buraya xoşbəxtlik əldə etmək üçün gəlmişik.
  • Həyat sizə nəsə veribsə, vaxtı gəldikdə mütləq onu geri alacaq.
  • Günəşin qürubu həbsxana pəncərəsindən necə görünürsə, saraydan da elə görünür.
  • Xoşbəxtliyi öz daxilində tapmaq çətindir, amma başqa yerdə tapmaq mümkünsüzdür.
  • Əslində, ümid çox pis şeydir, çünki, sadəcə, insanın əzablı həyat müddətini uzadır.
  • Mütləq həqiqətlər olmadığı kimi, əbədi faktlar da yoxdur.
  • Həyatda qalmaq əzab çəkməkdir, yaşamaq isə – həmin əzabda bir məna tapmaq.
  • Vacib olan – yaşamaq deyil, düzgün yaşamaqdır.
  • Keşməkeşsiz həyat – həyat deyil.
  • Əlindəkindən narazı olan, arzuladıqlarına sahib olsa da, razı qalmayacaq.
  • Heç vaxt səhv etməyən insan, heç vaxt yeni bir şey dənəməmişdir.
  • Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasına çalışın.
  • Xoşbəxt yaşamaq istəyirsənsə, məqsədə bağlı ol, adam və əşyalara yox.
  • Həyat velosiped sürmək kimidir: tarazlığı saxlamaq üçün hərəkət etməlisən.
  • Bu həyatı yaşamağın iki yolu var. Birincisi, guya həyatda möcüzə yoxdur, ikincisi, sanki həyatımız özü möcüzədir.
  • Dərk edilməmiş bir həyat yaşamağa dəyməz.
  • Həmişə şübhə yaradan şeydən başlamaq lazımdır.
  • Həyatı onun mənasından daha çox sevmək lazımdır.
  • Keçmişi dəyişmək olmaz, amma ondan öyrənmək olar.