Yer kürəsində müəyyən heyvan növlərinin və heyvan ekoloji qruplarının yayıldıqları konkret coğrafi ərazi.
Z.V. – Yerin zoocoğrafi rayonlaşdırmasının əsas vahidlərindən biridir və öz növbəsində yarımvilayətlərə, əyalətlərə, rayonlara bölünür. Efiopiya (Afrika), Şərqi (hind-malay), Palearktik (Avropa-Asiya), Neoarktik (Şimali Amerika), Neotropik (Cənubi Amerika), Avstralo-Polineziya, Antarktika Z.V.-ləri mövcuddur.
Coğrafiya terminləri lüğəti