Reklam
Reklam

Tarix terminləri lüğəti

zincantrop

ər. Zinc – əski ərəb dilində Şərqi Afrikanın adı + yun. anthropos – insan

Qazıntı primatlarının 1,75 milyon il əvvəl yaşadığı güman edilən növü.

Z.-ların qalıqları 1959-cu ildə ingilis arxeoloqu L.Liki tərəfindən Şərqi Afrikada, Olduvay dərəsində aşkarlanıb. Onların kəlləsi çox böyük və ağır, dişləri isə iri olub, lakin köpək dişləri digər dişlərdən qabağa çıxmayıb, beyinin həcmi 530 sm3 təşkil edib. Kəllə və skelet quruluşunun bəzi əlamətləri Z.-un iki ayaq üzərində gəzdiyini göstərir. Tədqiqatçılar Z.-u avstralopiteklərin bir növü sayırlar.

Tarix terminləri lüğəti