Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəncirləmək [zəncirrəməx'] feil

1. Zəncir vurmaq, zəncirlə bağlamaq. □ Köpəyi zəncirləmək.
2. Məcazi mənada: boğmaq, hərəkət etməyə, fəaliyyət göstərməyə imkan verməmək. □ Qanun var ki, zəncirləmiş ruhu, dili, həvəsi. (N.Rəfibəyli).
3. Məcazi mənada: özünü bir işə və ya şeyə bağlamaq, əl-ayağını bağlamaq. □ ..Fərhad həmişə eyş-işrətdə olduğu üçün özünü hələ zəncirləmək istəməyib Aslanın sözlərini rədd edirdi. (C.Cabbarlı).

Azərbaycan dilinin izahlı lüğəti