1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq, hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. □ İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır. Yeriyən at özünə qamçı vurdurmaz. (Atalar sözü).
2. Hərəkət etmək (getmək, üzmək). □ Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir.
3. İşləmək. □ Saat yerimir.
4. Üzərinə getmək, hücum etmək, axın etmək. □ Ordu qərbə yeridi.
5. Keçmək, qəbul olunmaq, yayılmaq. □ Bu işlər bizim vilayətdə yeriməz, vəssalam! (C.Məmmədquluzadə).
6. Bir şeyin içinə batmaq, keçmək, girmək. □ Buğa güc gələndə oğlanın ayağı topuğuna qədər torpağa yeridi. (M.Rzaquluzadə).
See also: