Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yallı1 [yallı] isim

Yalı olan. □ Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi; Bizim bu həyat kimi. (M.Müşfiq).

yallı2 [yallı] isim

Musiqi. Bir-birinin əlindən tutaraq dəstə ilə oynanılan Azərbaycan xalq rəqsi. □ Yallı havası.

yallı3 [yallı] zərf

Yal verməklə, yal yedirməklə. □ Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? (N.Vəzirov).

Azərbaycan dilinin izahlı lüğəti