1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. □ Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. (“Koroğlu”).
2. Məcazi mənada: saç, saqqal mənasında (zarafatla deyilir). □ Gündə həna bağlagilan yalına; Açma gözün, baxma bir öz halına. (Ə.Qəmküsar).
Coğrafiya. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. □ Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı).
1. İtə verilən horra halında yemək. □ İt yalı.
2. Məcazi mənada: çox dadsız, keyfiyyətsiz, duru yemək haqqında.
Həmçinin bax: