Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yağlanmaq [yağlammax] feil

1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. □ Maşınlar yağlanır salınır, işə. (M.Rahim).

2. Yağa batmaq, yağlı olmaq; kirlənmək. □ Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.

3. Məcazi mənada: kökəlmək, ətlənmək, piylənmək. □ Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. (Ə.Vəliyev).

4. Məcazi mənada: pullanmaq; pullu, varlı olmaq.

Azərbaycan dilinin izahlı lüğəti