Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yıxılmaq [yıxılmax] feil

1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. □ Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq.
2. Kökündən qopub yerə sərilmək. □ Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır.
3. Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. □ Evin divarları yıxıldı. Hasar yıxıldı.
4. Yerə uzanmaq, yerə sərilmək. □ Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. (M.Ə.Sabir).
5. Məcazi mənada: hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. □ 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı.
6. Əmr şəklində: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! Viran qalsın! □ Yıxılsın məğrur saray! Buludlara batsın Ay. (S.Vurğun).

See also:

frazeologizm: dəvədən yıxılıb höt-hötü əldən qoymamaq frazeologizm: eşşəkdən yıxılıb hoş-hoşdan əl çəkməmək frazeologizm: evi yıxılmaq frazeologizm: yıxılana balta çalmaq Azərbaycan dilinin izahlı lüğəti