çin. hóngweìbīng – qırmızı keşikçilər, qırmızı qvardiyaçılar
1966–1967-ci illərdə Çində “mədəni inqilab”ın gedişində tələbələr və məktəb şagirdlərindən təşkil olunmuş dəstələr.
Çin Kommunist Partiyasının lideri Mao Tszedunun siyasi rəqiblərinə qarşı mübarizə məqsədilə yaradılmış X. xüsusi amansızlıqları ilə seçiliblər. Onlardan repressiyalar və insan azadlıqlarına basqılar üçün geniş istifadə edilib. X. dəstələri 1967-ci ilin sentyabrında buraxılıb.
Tarix terminləri lüğəti