1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. □ Onun xəyalı heç vaxt gözümün qabağından getmir.
2. Fikir, düşüncə. □ Yenə göylərdədir şair xəyalın.
3. Məcazi mənada: arzu edilən, həsrəti çəkilən şey. □ Ləbin xəyalı ilə dildə şur olur peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz. (S.Ə.Şirvani).
4. Məcazi mənada: başa gəlməz, boş xəyaldan ibarət olan şey; xülya. □ Sevda nədir? Hicran nədir? Bir xəyal! (M.Müşfiq).
See also: