Reklam
Reklam

Tarix terminləri lüğəti

xəttatlıq

ər. xəttat – gözəl xətti olan adam

Aydın, yaraşıqlı və ifadəli yazmaq sənəti; təsviri incəsənət sahələrindən biri.

Elm X.-a “işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı sənəti” kimi baxır. Müsəlman Şərqində X.-ın sənət kimi formalaşması və sistemləşdirilməsi X–XII əsrlərdə baş verib. İlk öncə 6 klassik xətt növü (“klassik altılıq”) yaranıb: süls, nəsx, mühəqqəq, reyhani, toqirüqə. Sonralar X.-ın Şərqdə inkişafı ilə əlaqədar yeni xətt növləri (Türkiyədə divani, İranda şikəstə, Azərbaycanda nəstəliq və s.) meydana gəlib. Şərqdə böyük populyarlığa malik X.-la hətta hökmdarlar da məşğul olublar (I Şah İsmayıl, I Şah Təhmasib və b.).

Tarix terminləri lüğəti