Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

uçummax1

Cəbrayıl, Daşkəsən, Qazax, Tovuz, Şəki

Titrəmək, tir-tir əsmək (qorxudan və ya soyuqdan). □ Kişi uçunoy, ağacı da tuta bilmey (Daşkəsən).

uçummax2

Ağdərə, Cəbrayıl, Oğuz, Şuşa

Yellənmək. □ Gəl bir uçunax (Oğuz); Sulumçaxda ipnən uçunullar (Ağdərə); Qızdar, gəlin gedəx' uçummağa, uzun ip götümüşəm (Cəbrayıl); Uşax uçuncaxda uçunanda yıxılıf qolu çıxıf (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti