lat. transitus – keçmək
Su rejimi axdığı ərazinin fiziki-coğrafi şəraitinə, əsasən, iqliminə uyğun gəlməyən çay, yaxud çayın bir hissəsi.
Belə uyğunsuzluğun başlıca səbəbi T.Ç.-ın başqa, fərqli fiziki-coğrafi şəraitə malik sahədə formalaşmasıdır. Çox vaxt T.Ç.-lar səhralardan keçir, onların orta və aşağı axarında qolları olmur. Amudərya, Nil kimi səhralardan keçən böyük çaylar T.Ç.-lar-a misal ola bilər.
Coğrafiya terminləri lüğəti