Yer qabığında tektonik hərəkətlər nəticəsində süxurların bütövlüyünün pozulması.
T.Q.-nın əmələ gəldiyi müstəviyə pozulma müstəvisi, qırılmış süxur parçalarına isə qanad deyilir. Pozulma müstəvisində qanadlar yerlərini şaquli istiqamətdə dəyişməyərək bir-birindən aralanmışlarsa, belə qırılma tektonik çat adlanır. Süxurlar şaquli istiqamətdə, yaxud maili hərəkət etdikdə isə qırılma yerdəyişməsi hadisəsi baş verir, əvvəlki vəziyyətinə nisbətən hərəkət etmiş süxur kütləsinə asılı qanad, öz yerində qalmış süxur kütləsinə yatıq qanad deyilir. T.Q. yerdəyişməsi bir neçə cür olur: fay (qırılıb-düşmə), əks fay (qırılıb-qalxma), üstəgəlmə (layların bir-birinin üstünə çıxması), tektonik örtük yaratma və s.
Coğrafiya terminləri lüğəti