Reklam
Reklam

Tarix terminləri lüğəti

tarixi qaynaqlar

Tarixi prosesi əks etdirən, habelə bəşəriyyətin keçmişini öyrənməyə imkan verən yazılı sənədlər və maddi mədəniyyət abidələrinin məcmusu.

Keçmişə aid faktların, baş vermiş hadisə və proseslərin əks olunduğu T.Q. ayrı-ayrı tarixi mərhələlərin real mənzərəsini bərpa etməyə imkan verir. İbtidai icma tarixini öyrənmək üçün əsas T.Q. arxeoloqların aşkar etdiyi maddi mədəniyyət abidələri sayılır. Sonrakı dövrlərin tədqiqində isə artıq yazılı mənbələr ön plana keçir. T.Q.-ın yaranması, təsnifatı, müəlliflərinin müəyyənləşdirilməsi və s. ilə mənbəşünaslıq məşğul olur.

See also:

Tarix terminləri lüğəti