1. Hərəkət edən insan və ya heyvanın ayağının yerə dəyməsi nəticəsində çıxan səsi bildirən təqlidi söz. □ ..bir qədər sonra qapı arxasında ayaq tappıltısı duydu. (S.Hüseyn).
2. Bir şeyin düşməsindən və ya başqa bir şeyə dəyməsindən hasil olan qısa qırıq səs və ya dalbadal eşidilən belə səsləri bildirən təqlidi söz. □ Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. (H.Seyidbəyli).