1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. □ Tam qaranlıq.
2. Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. □ Tam qələbə.
3. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. □ Tam bir saat gözlədim.
4. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış. □ Tam əsər.
5. Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. □ Tam hakimiyyət. Tam azadlıq vermək.
6. Müəyyən, lazımi ölçüdə, normada olan. □ Tam metr. Tam iş günü.
7. Riyaziyyat. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. □ Tamı tama bölmək. Tamdan kəsri çıxmaq.
Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; dad. □ Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi İşıqlıda da bu barədə ara-sıra söhbət gedirdi. (Ə.Vəliyev).
Həmçinin bax: