Reklam
Reklam

Tarix terminləri lüğəti

taborlular

XV əsrin I yarısında Çexiyada husçuluq hərəkatında demokratik sol qanadın nümayəndələri.

İlk düşərgələri Cənubi Çexiyadakı Tabor dağının yaxınlığında yerləşdiyi üçün onlar belə adlandırılıblar. T.-ın (yaxud taborçuların) özəyini kəndlilər, şəhər yoxsulları, ruhanilərin aşağı təbəqəsi, sənətkarlar və xırda zadəganların bir hissəsi təşkil edib. Ümumi bərabərlik və sosial ədalətə əsaslanan dövlətin yaradılması ideyasını müdafiə edən T. katolik kilsəsinin dəbdəbəli mərasimlərinə qarşı çıxıblar, bəzi hallarda isə hətta bütün katolik müqəddəslərini inkar ediblər. Onların husçuluq hərəkatında mötədil qanadın nümayəndələri – çaşniklərlə mübarizəsi 1434-cü ildə birincilərin məğlubiyyəti ilə nəticələnib. Buna baxmayaraq, T.-ın müqaviməti 1437-ci ilədək davam edib.

Həmçinin bax:

Tarix terminləri lüğəti