lat. calix – cam, piyalə; çex. Kalişnici
XV əsrin I yarısında Çexiyada baş qaldırmış husçular hərəkatında mötədil qanadın nümayəndələri.
Şəhər əhalisinin orta təbəqələrinin, xırda və qismən də iri çex feodallarının maraqlarının təmsilçisi olan Ç.-in proqramı 1420-ci ildə qəbul olunmuş “Praqa maddələri”ndə öz əksini tapıb. “Ucuz kilsə” tərəfdarı olan Ç. Çexiyada alman feodallarının hökmranlığına son qoyulmasını, kilsə torpaqlarının sekulyarlaşmasını, husçuluq ruhunda ibadət azadlığı elan olunmasını tələb ediblər. 1433-cü ilin noyabrında feodal-katolik düşərgəsi ilə sazişə girən Ç. husçular hərəkatında sol qanadın nümayəndələri olan taborlulara qarşı çıxaraq Lipan döyüşündə onları həlledici məğlubiyyətə uğradıblar.
Tarix terminləri lüğəti