Klassik Şərq və Azərbaycan poeziyasında dəyişkən bənd-misra və qafiyə quruluşuna malik şeir şəkillərindən biri.
Tərkibbəndlər, əsasən, məhəbbət, gözəllik mövzusunda olur. Əsrlərboyu dəyişilməklə ayrı-ayrı klassiklərdə müxtəlif şəkil keyfiyyətləri alıb. Misraların sayı 6-dan 14-ə qədər dəyişir. Tərkibbəndin qafiyə quruluşu da mürəkkəb və qeyri-sabitdir. Belə ki, M.Füzulinin hər bəndi 6 misradan ibarət olan tərkibbəndlərində qafiyə quruluşu əvvəldən axıra qədər belə qurulur: hər bənddə 4 misra həmqafiyə olur, bəndin son beyti – iki misrası isə öz aralarında qafiyələnir. Bir çox hallarda hәr bәnddәn sonra ya nәqәrat şәklindә tәkrar olunan beyt, ya da hər bənddə dәyişilәn hәmqafiyә beyt gəlir. məsələn:
Ey xoş ol günlәr ki, bәzmimdә nigarım var idi,
Zövqi-dildarilә könlümdә qәrarım var idi,
Bir üzarı mah, zülfi müşkbarım var idi,
Bir cәmalı rәşki-bağü gülüzarım var idi,
Lәblәri şәkkәr, üzü gül tacdarım var idi,
Sünbülüm, sәrvim, gülüm, bağım, baharım var idi,
Bir pәri peykәr, mәlәkrüxsar yarım var idi,
Kim, hәrimi vәslinә busü kәnarım var idi,
Yar vәslindәn, qәrәz, xoş rüzgarım var idi,
Eylәmәzdim meyli-gül, ol gülüzarım var idi.
Rəşk edib dövri-zәmanә saldı firqәt, aqibәt,
Qoydu ol mahә mәni-nalani hәsrәt, aqibәt. (S.Ə.Şirvani)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti