Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

təbii ehtiyatlar

İnsan cəmiyyətinin həyat və fəaliyyətini təmin etmək, ehtiyaclarını ödəmək üçün zəruri olan, təbii üsullarla yaranmış resurslar: torpaq, atmosfer, faydalı qazıntılar, bitki örtüyü, su və enerji mənbələri və s.

T.E. təbiətlə insan fəaliyyəti arasında əlaqə anlayışı olub həm də iqtisadi kateqoriya kimi mövcuddur. T.E. tükənməyən və tükənən ehtiyatlara bölünür. Tükənməyən T.E.-a uzun müddət istifadə prosesində belə azalmayan günəş radiasiyası, külək enerjisi, atmosfer yağıntıları və qlobal miqyasda su ehtiyatları daxildir. Tükənən T.E.-a istifadə etdikcə azalan, müəyyən müddətdən sonra qıtlığı yaranan, yaxud yarana biləcək bitkilər, heyvanlar, qismən bərpa olunan torpaqlar, bəzi mineral sərvətlər və s. aiddir. Aşkar edilən, lakin hələlik istifadə olunmayan T. E. – potensial T.E. hesab olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti