Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq; ümumiyyətlə, hər hansı şeyi bir yerdən başqa yerə boşaltmaq. □ Buğdanı anbara tökmək. Odun üstünə su tökmək. Ağ ayranı itə tökərlər, qara kişmişi cibə. (Atalar sözü). 2. Üstündə olan bir şeyi salmaq, düşürmək, atmaq. □ Payızda ağaclar yarpaqlarını tökür. 3. Aramsız yağmaq. □ Yağış sel kimi tökürdü. (S.Rəhimov). 4. Sallandırmaq, sallamaq, salmaq. □ ..seyrək tüklərini darayıb, geniş alnına tökmüşdü, nazik qaşlarının altından baxan xırda gözləri hiylə saçırdı. (Y.V.Çəmənzəminli). 5. Bir yerə çoxlu adam və ya şey gətirmək, yığmaq. □ Balaca Sabirə suyuq olanda Qəhrəman bir göz qırpımında şəhərin həkimlərini evə tökür. (S.Rəhimov). 6. Elektrotexnika.Ərimiş metaldan tökmə üsulu ilə məmulat hazırlamaq, detallar istehsal etmək; tökmə üsulu ilə heykəl hazırlamaq. □ Bolt tökmə.