Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

subantarktika qurşağı

lat. sub – alt, yan + yun. anti – əks + yun. arktikos – şimali

Cənub yarımkürəsinin 58°-67° c.e. arasında yerləşən okean akvatoriyasını və seyrək adaları əhatə edən coğrafi qurşaq.

S.Q.-nın iqlimi soyuq iqlimdir, burada havanın orta qış temperaturu mənfi 5-15°C, yayda isə 0...+2°C-yə bərabərdir. İllik yağıntıların (əsasən, qar) miqdarı 500 mm-ə çatır. S.Q. ilboyu güclü küləklərin, yüksək rütubətliliyin və sıx dumanların olması ilə səciyyələnir. Okean səthi ilin soyuq yarısında üzən buz dağları – aysberqlərlə örtülü olur. Biokimyəvi proseslərin zəif getməsinə baxmayaraq, bu sular planktonlarla zəngindir. Vegetasiya dövrü 1,5-2 ay davam edir. S.Q.-nda yerləşən adaların (Cənubi Sandviç, Cənubi Georgi və s.) landşaftı, əsasən, daşlıq şibyə tundrası və seyrək otlu çəmən landşaflıdır.

Coğrafiya terminləri lüğəti